İranda daha 127 nəfər koronavirusdan öldü


Dünya 09 Sen 2020 18:50:00 159 0

İranda daha 127 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 2 313 nəfər koronavirusa (COVID-19) yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 393 425 nəfərə çatıb. Virus daşıyıcılarından 3 735 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 127 nəfər koronavirusdan ölüb. İranda bu virusdan ölənlərin sayı 22 669 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 339 111 nəfər koronavirusdan sağalıb.