Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb


Dünya 09 Sen 2020 18:59:00 154 0

Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb

Norveçli deputat Kristian Tibrinq-Gedde ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə deputat Nobel komitəsinə məktub ünvanlayıb.

Məktubda Donald Trampın İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında münasbətlərin qurulmasında aparıcı rol oynadığı deyilir.

Qeyd olunur ki, Yaxın Şərqin digər ölkələri də bu addımı atsa, həmin razılaşma regionun taleyində mühüm rol oynamış olacaq və bunun sayəsində Yaxın Şərq əməkdaşlıq və çiçəklənmə regionuna çevriləcək.