Nazirin limuzini 285 min dollara satışa çıxarıldı FOTO


Digərləri 09 Sen 2020 17:11:00 153 0

Nazirin limuzini 285 min dollara satışa çıxarıldı  FOTO

"LBI Limited" kompaniyası, 1965-ci ildə istehsal edilən nadir "Mercedes-Benz 600 Pullman"ı satışa çıxarıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, maşın bundan əvvəl Çinin keçmiş xarici işlər naziri Çen İ-yə məxsus olub. Siyasi xadimin avtomobilini almaq istəyənlər 285 min dollar ödəyərək əldə edə bilərlər.

Bildirilir ki, limuzinin sürüş məsafəsi 21 186 kilometrdir. Keçmiş nazir maşını 1965-1967-ci illər arasında istifadə edib. Hazırda avtomobil ABŞ-dadır.

Bundan əvvəl nəqliyyat vasitəsi Almaniyada və Hollandiyada özəl kolleksiyalarda hərraca çıxarılıb.

"Mercedes-Benz 600 Pullman" 250 at gücündə olan 6,3 litrlik V8 mühərriki ilə təchiz olunub.