Qeyrirəsmi evlilik – cəmiyyəti süquta aparan iblis proqramı


Digərləri 06 Sen 2020 22:40:00 271 0

Qeyrirəsmi evlilik – cəmiyyəti süquta aparan iblis proqramı

Müasir dünya ailə həyatına da təsirsiz ötüşməmişdir. Bu gün insanlar texnikada inkişaf etdikləri halda, ailə münasibətlərində və ailə rabitələrinin qurulmasında əksinə - süqut edirlər.

Bu günlər qeyri-rəsmi evlilik deyə bir mövzu yayılmaqdadır ki, cəmiyyətin ziyanına olan bir əməldir. Qeyri-rəsmi evlilik - o evlilikdir ki, orada kəbin kəsilməz, amma qadınla kişi bir yerdə yaşamağa başlayar. Kəbini olmadan ailə qurar və bunu adi bir əməl kimi qəbul edər.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu evlilik Qərb ölkələrində çox yayılmışdır. Amerika ailələrinin üçdə ikisi bu cür evlilik quraraq yaşamaqdadır.

Çox təəssüf ki, bəzi insanlar evliliyə çox meyil göstərmirlər. Ona görə də bu çirkin əməl cəmiyyətdə yayılmağa başlamışdır. Bu əməl nə dinə uyğundur, nə də ürfə.

Bu cür evliliyin fəsadları ilə tanış olaq:

1. İnsan ruhi hüzurunu əldən verər. Dinimizin buyurduğu kimi, ailə quran insanlar yeni həyata başlayar və bir-birinə meyil əldə edərlər.

Uca Allah bu cür meyil haqqında Quranda buyurur: "Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).

Ancaq qeyri-rəsmi evlilikdə hədəf evlilik olmadığından, cütlər arasında hüzursuzluq hakim olar və bir çox ruhi narahatlıqların meydana gəlməsinə səbəb olar.

2. Məhəbbəti yanlış yollarda istifadə etmək. Quranın nəzərinə görə, insanı hüzura çatdıran əməllərdən biri də evlilikdir. Yəni, insan ailədə öz sevgisini büruzə verməli və həyat yoldaşını sevməlidir.

"Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur". ("Əraf" 189).

Qeyri-rəsmi evlilikdə qızla oğlan dini bağlar qurmadıqları üçün sevgi göstərmək məharətini itirirlər. Çünki bu cür evliliklərin ömrü qısa olur.

3. Şərafəti əldən vermək. Dini və qanuni olmayan bu cür evliliklər uzun çəkməz. Bu zaman həm qız və həm də oğlan şərafət və insanlıq kəraməni əldən verərlər.

Həzrət Peyğəmbər (s) buyurur: "O qədər olubdur ki, bir anlıq şəhvət uzun qəm və qüssə meydana gətiribdir".

4. İnsanı mənəviyyatdan uzaqlaşdırar.

5. Pak evliliyin faydalarından məhrum olarlar.

6. Pak nəsil tərbiyə etməkdən məhrum olarlar.

7. Cəmiyyətin sayı azalar.

Deyə bilərik ki, qeyri-rəsmi evlilik - cəmiyyəti süquta aparan bir iblis proqramıdır.