S.Osmanqızı və C.Həsənli cəhalət "rekord"u vurdular


Siyasət 01 Sen 2020 14:49:00 215 0

S.Osmanqızı və C.Həsənli cəhalət "rekord"u vurdular

Ağıllı insanın demokratik yollarla idarə etdiyi hər müxalifət partiyası, hərəkatı və ya qrupunun öz bəxtəvərliyi var. Siyasi fırıldaqçıların müstəbid idarəçiliyində olan müxalifət qruplaşmaları və strukturları isə ecazkar şəkildə bir-birlərinə bənzəyirlər. Onlar hər kəsin və hər şeyin yalnız bir məqsədə - bir insanın ambisiyalarının təminatına tabe edilmiş eybəcər mikrodiktatura tipidir.

Bütün radikal müxalifət təşkilatları fəaliyyətləri boyunca bir neçə mərhələdən keçirlər və hər bahardan sonra yay, sonra da payız gəldiyi kimi, hər belə təşkilat sonda qürubuna doğru gedir. Bir qayda olaraq, həminq proses "sədr", "lider, "başqan" və s. adlandırılan cib diktatorunun taleyi ilə paralel olur.

Çürüyən və quruyan, rəhbərinə tam bağlı olan struktur beləcə, həmin adamın əqli və mənəvi imkanlarının girovuna çevrilir. Balaca diktator zəiflədikcə, təşkilatı da heydən düşür.

Bizdə problem odur ki, radikal müxalifətin halından kimsə xəbərdar deyil. Son illərdə həmin hal pisləşib və radikalların bəlalarının real, effektiv müalicə yolu da bilinmir.

Axı radikal müxalifəti parlaq intellektli insanlar idarə etmirlər.

Və cahillik... Bu məcaz bir para  insanlar üçün səadət olsa da, tam bəxtəvərlik üçün cəhalət o səviyyədə olmalı ki, cahilin özü kim olduğunu dərk etməməlidir. Elə də cahil yox ki, ən bilikli insanın çözə biləcəyindən artıq suallar verməyi bacarmasın.

Cəhillər sarıdan da bəxtimiz gətirməyib. Müxalifət, guya "müstəqil jurnalistlər", bu müxalifətlə həmin "qələm əhli"ni himayə edən kəslər, stəkanda fırtına yaratmağa çalışanlar sarıdan olduğu kimi.

Ölkə müxalifətinin ifrat dərəcədə radikallaşmış hissəsi indi insan və pul kisəsi ovlarına çıxıblar: AXCP sədri Əli Kərimli və mətbəx siyasətxanasına çevrilmiş "Milli Şura"nın rəhbəri Cəmil Həsənli kimilərini indi əvvəlki qüdrətinin kölgəsində qalmış sabiq məmurlar maraqlandırırlar.

Amma onlar unudurlar ki, ən böyük və pis cahillik insanın özünü tanımamasıdır. Bu, radikal müxalifətin əsas problemidir. Gerçəyin yanlış dəyərləndirilməsi, hadisələrin səhv anlaşılması, siyasi və iqtisadi proseslərin normal təhlilinin olmaması.

Bəhs etdiyimiz şəxslər prinsiplərlə yanaşı, elementar siyasi məlumatlardan da xalidirlər.

Son günlərdə isə ahıl Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin qeyri-rəsmi sözçüsü Sevinc Osmanqızı xüsusilə fərqlənirlər.

Hətta onlar bizi "İqtisadiyyatın əsaslarını necə anlamırıq və bununla fəxr edirik" mövzusunda duet ifa ilə də sevindiriblər.

Adını verdiyi YouTube kanalın rəhbəri və yeganə aparıcısı olan S.Osmanqızı Dünya Bankının yeni reytinqini şərh etmək fikrinə düşmüşdü.

S.Osmanqızının sözlərinə görə, sən demə, Dünya Bankının ekspertləri bilərəkdən saxtakarlıq edərək 4 ölkənin göstəricilərini dəyişiblər və bu minvalla, məşhur reytinqdə həmin ölkələrin mövqelərini yaxşılaşdırıblar.

O dörd ölkədən biri də Azərbaycandır.

Cəmil Həsənli də dərhal bəyan edib ki, aman, qoymayın, rəsmi Bakı saxtakarlıq edir, Dünya Bankının ekspertlərini ələ alıb, reytinqdə yerini yüksəldib və s.

Osmanqızı və Həsənli səs-səsə verib söylədilər ki, reytinqi süni şəkildə qaldıraraq ölkə iqtisadiyyatında durumun normal olduğunu bəyan etmək çox pisdir.

Onların ikisi də Wall Street Journal-da dərc olunmuş yazıya istinad edirdilər.

Lakin yumşaq desəm, bu adamlar həqiqəti deməyiblər. Daha dəqiq olsam, S.Osmanqızı və C.Həsənli yalan danışıblar.

Gerçək tam fərqlidir.

Bəli, Dünya Bankının əməkdaşları Doing Business 2018 və Doing Business 2020 hesabatlarındakı məlumatlarda səhvlərə yol veriblər.

Bankın baş ofisindən bildirilib ki, məlumatların səhv dəyişdirilməsi səbəbindən Azərbaycan reytinq cədvəlində aşağı düşüb.

Məlumatlardakı dəyişikliklər Doing Business metodologiyasına uyğun gəlməyib. Yoxlama və auditlər bu proseslərdə nələrin baş verdiyini təsdiqləməyiə kömək edəcək.

Bununla DB (Dünya Bankı) nümayəndəsi daxili qiymətləndirmə prosesindəki səhvləri təsdiqləyib: Bu səhvlər Azərbaycanın göstəricilərinin aşağı göstərildiyi Doing Business hesabatında buraxılıb . Ümid edirik ki, DB tezliklə bu səhvləri aradan qaldıracaq və müvafiq ildə Azərbaycanın inkişafını əks etdirən daha dəqiq məlumat verəcəkdir.

Qeyd edək ki, Doing Business-2018 cədvəlində 190 ölkə arasında Azərbaycan reytinqdə 57-ci yeri, Doing Business 2020-də isə 190 ölkə siyahısında 34-cü yeri tutub.

Daha əvvəl DB illik Doing Business reytinqinin hazırlanması zamanı yol verilən pozuntuların qiymətləndirilməsi müddətinə açıqlamaların dayandırılacağını elan edib.

"Wall Street Journal"a görə, keçmiş hesabatlar dörd ölkə - Azərbaycan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı üçün məlumatları səhv dəyişdirə bilərdi.

Dünya Bankının Müstəqil Daxili Audit Departamenti son beş Doing Business hesabatındakı məlumatları nəzərdən keçirəcək və qiymətləndirəcəkdir, işin nəticələrinə görə pozuntulara ən çox məruz qalan ölkələr üçün məlumatları retrospektiv şəkildə düzəldiləcək.

Növbəti Doing Business reytinqi 2020-ci ilin oktyabrında dərc edilməlidir.

Azərbaycan iqtisadiyyatındakı vəziyyətə gəldikdə isə, Dünya Bankının proqnozlarına görə, 2021-ci ildə ölkə iqtisadiyyatı özünü bərpa edəcək, hətta 2,2 faizlik artım olacaq.

Artımın belə kiçik olmasının səbəbi bəllidir: COVİD-19 koronavirus pandemiyası nəticəsində Avropa və Mərkəzi Asiya ölkələrində də dünya miqyasında olduğu kimi, xammal, enerjidaşıyıcılarını qiymətləri ucuzlaşıb, qlobal və regional istehsalat-satış sıralamalarında fasilələr yaranıb, maliyyə bazarlarında yüksək risklərdən yayınma istəyi artıb.

Buna cavab olaraq Azərbaycanın Mərkəzi Bankı ölkənin pul-kredit sisteminin dəstəklənməsinin miqyasını artırır, hakimiyyət isə suveren fonddan valyutanı, yəni manatı stabil saxlamaq üçün istifadə edir. Ölkədə vergi-büdcə dəstəyi tədbirləri görülür. Lakin qlobal pandemiya səbəbindən ili ümumdaxili məhsulun azalması olmadan başa vurmaq mümkün deyil.

Bu səbəbdən 2020-ci ilin sonuclarına görə, ÜDM-in 2,6 azalması gözlənilir.

Pandemiya iqtisadiyyatla bahəm, vətəndaşların sosial rifah durumuna da pis təsir edir. Həmin təsiri azaltmaq üçün dövlət praktik addımlar atır. Artıq 5 milyon vətəndaşımız sosial yardım paketləri proqramının təsirini görüblər. Büdcədən maliyyələş təşkilatlarda və özəl müəssisələrdə çalışanlar, işsizlər, aztəminatlı ailələr - bütün kateqoriyalardan olan vətəndaşlar dövlətin maddi dəstəyini hiss edirlər.

Bu isə bir daha sübut edir ki, vətəndaşların rifahı, onların durumu və təbii ki, sağlamlığı Azərbaycan hakimiyyəti üçün əsas məsələdir.

Sevinc Osmanqızı və Cəmil Həsənli üçünsə əsas məsələ ambisiyaların təminatıdır.

Xüsusilə də yaşlı professor cənab Həsənli: indi Çindəki uyğurların yaşamını, onların hüquqlarının pozulmasını araşdıran adam.

Pis iş deyil, amma bir şərtlə ki, Vaşinqtondakı ağaların sifarişi ilə edilən əməl olmaya.

Elçin Alıoğlu Milli.A