Tibbi maskalarla bağlı bu qadağa ləğv edildi
Digərləri 01 Sen 2020 14:51:00 265 0
Nazirlər Kabineti "Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında" 2020-ci il 14 fevral tarixli 42 nömrəli qərarında dəyişiklik edib.
Nazirlər Kabinetindən Son.az-a verilən məlumata görə, Baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən, Qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.
Eyni zamanda "Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı" üzrə 5-ci sətrin "Malın adı" sütununda "3001 və 3006 mal mövqelərində" sözləri "3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində" sözləri ilə əvəz edilir; 12-ci sətrin "Malın adı" sütunundan "maskalar və" sözləri çıxarılır.
Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı
Sıra
№-si
XİF MN üzrə kod
Malın adı
1
2
3
1.
2207 10 000 0
Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti
2.
2207 20 000 0
Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar
3.
2208 90 910 0
Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan
4.
2208 90 990 0
Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan
5.
Qrup 30-dan
Əczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001 və 3006 mal mövqelərində təsnifləşdirilənlər istisna olmaqla)
6.
3808 94-dən
Dezinfeksiyaedici vasitələr
7.