"Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq?"


Şou-biznes 01 Sen 2020 14:21:00 198 0

"Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq?"

Xalq artisti Tünzalə Ağayevanın sosial şəbəkədə etdiyi son paylaşımlardan biri sənətçinin gizli eşq yaşaması barədə iddialara səbəb olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, Ağayevanın Əliağa Vahidin "Olacaq" adlı qəzəlindən paylaşdığı "Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq?" beyti bəzi izləyicilərdə belə qənaət formalaşdırıb. Ancaq sənətçi hələlik bu iddiaların heç birinə cavab verməyib.

Qeyd edək ki, "Olacaq" qəzəlini bir sıra məşhur xanəndələr oxuyublar.