Manana oğluna ad günü etdi VİDEO


Şou-biznes 01 Sen 2020 13:48:00 206 0

Manana oğluna ad günü etdi  VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Manana 5 aydan sonra Gürcüstanda olan övladlarının yanına gedib.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni oğluna ad günü edib. Sənətçi 6 yaşı tamam olan David üçün Gürcüstandakı evində qonaqlıq təşkil edib.

Partidən görüntünü sosial şəbəkədə yayımlayan Manana "Dəyərli və sevimli dostlarım, gözəl insanlar, sizi ürəkdən salamlayıram. Oğlumun ad gününü qeyd etdik. Möcüzə hədiyyə üçün Allaha şükür. Doğum günün mübarək olsun balam, sənə əbədi xoşbəxtlik diləyirik. Biz səni çox sevirik" sözlərini qeyd edib.