Bakıda kişi 30 il görmədiyi arvadından boşandı


Digərləri 31 Avq 2020 15:36:00 180 0

Bakıda kişi 30 il görmədiyi arvadından boşandı

Bakıda 30 il öncə ailə həyatı quran kişi ötən ilin dekabr ayında boşanmaq üçün məhkəməyə müraciət edib.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, R. Həsənov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək bildirib ki, 1990-cı ildə N. Aşumova ilə nikaha daxil olub: "Ailə qurduğumuz ilk vaxtlar münasibətimiz normal olsa da, sonradan pozuldu, xasiyyətimiz uyğun gəlmədi. Bir il yarım birlikdə yaşadıq, daha sonra o çıxıb getdi. O vaxtdan onu görməmişəm, harada olduğunu da bilmirəm. Artıq ailəmiz dağılıb, bərpasına ümid yoxdur. Övladımız da olmadı. Nikahımız da formal xarakter daşıyır, saxlanılmasına lüzum yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam". 

İddiaçı R. Həsənov məhkəmə prosesində iştirak etsə də, arvadı N. Aşumovaya iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməyib.

Məhkəmə onlar arasında nikahın pozulmasına qərar verib.