Valeriyanın oğlu evləndi FOTO


Digərləri 29 Avq 2020 08:38:00 245 0

Valeriyanın oğlu evləndi  FOTO

Rusiyanın Xalq artisti, müğənni Valeriyanın kiçik oğlu Arseni Şulqin Liana Volkova ilə ailə həyatı qurub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, banket Moskvanın ən yaxşı məkanlarından birində - "Soho Country Club"da baş tutub.

Sevgililərin ilk rəqsi bəyin anası Valeriyanın ifasının sədaları altında olub.

Gecənin qonaqları arasında Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Xalq artistləri Nikolay Baskov, Dmitri Malikov, Rusiyanın Əməkdar artisti İnna Malikova, müğənnilər JONY, Zivert, Artik & Asti qrupu və digərləri olub.