Bu heyvanlar YOXA ÇIXA BİLƏRLƏR


Digərləri 12 Avq 2020 22:55:00 151 0

Bu heyvanlar YOXA ÇIXA BİLƏRLƏR

Antarktidada yaşayan pinqvinlər iqlim dəyişikliyi səbəbindən yoxa çıxacaqlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu okean tədqiqatçısı və müdafiəçisi Filip Kustonun nəvəsi Jak-İva Kusto bildirib. O deyib ki, bu il Antarktida üçün ən isti il olub, orada temperatur +20 dərəcəyə çatıb. Belə hava Kaliforniya üçün yaxşıdır, lakin Cənub Qütbü üçün yox. Pinqvinlər Antarktidadan tezliklə yoxa çıxacaqlar. Ola bilər ki, bir neçə növü Argentinada qalacaq, lakin Antarktidada yaşayanlar yox olacaq. Hazırda dəniz akvatoriyasının 6 faizi qorunur. Əgər qoruq yaradılarsa, Dünya okeanının 10 faizinin qorunmasına nail oluna bilər.