Hande məşhurla sevgili olması iddialarına belə reaksiya verdi


Digərləri 12 Avq 2020 22:25:00 159 0

Hande məşhurla sevgili olması iddialarına belə reaksiya verdi

Aktrisa Hande Erçel Murat Dalkılıçdan ayrılması və "Sen çal kapımı" serialında tərəf müqabili Kerem Bursinlə eşq yaşaması iddialarına cavab verib.

Son.az xəbər verir ki, bir markanın reklamına çəkilən ulduz çıxışda jurnalistlərin suallarını cavablandırıb.

O, müğənnidən niyə ayrılmasının səbəbini belə izah edib: "Açıqlamamı vermişəm, sosial şəbəkədə gözəl-gözəl yazdım, siz də gördünüz. Murad mənim üçün hər zaman dəyərli bir insan olaraq qalacaq. Pis bir münasibət yoxdur. Etməli olduğum hər şeyi etdim".

Daha sonra isə yeni serialdakı tərəf müqabili Kerem Bursinlə sevgili olduğu xəbərləri haqqında danışmaq istəməyən Hande avtomobilinə minərək uzaqlaşıb. (publika.az)