Qırğızıstanda zəlzələ baş verib


Dünya 12 Avq 2020 22:04:00 148 0

Qırğızıstanda zəlzələ baş verib

Qırğızstanda zəlzələ 4,9 bal gücündə baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 16:03-də qeydə alınıb.

Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanın Almatı şəhərindən 194 km cənub-qərbdə, Qırğızıstan ərazisində yerləşib.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Təkanlar hiss olunmayıb.