Məhərrəm ayında toy etmək olarmı?


Digərləri 12 Avq 2020 21:40:00 194 0

Məhərrəm ayında toy etmək olarmı?

Bu il Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayır. 

Ölkədə tətbiq olunan karantin rejimi isə tədricən yumşaldığına görə toylara icazə verilməsi məsələsi gündəmə gəlir.

Azərbaycanda mart ayından kütləvi tədbirlərlə yanaşı toyların da keçirilməsi qadağandır. İnsanlar arasında karantin yumşaldılacağı təqdirdə Məhərrəm ayında toyların keçiriləcəyinə haqda fikirlər səsləndirilir.

Bəs Məhərrəmlik ayında toy etmək olarmı? 

Son.az bildirir ki, Azxeber.com bu sualla Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənliyə müraciət edib.

O, açıqlamasında bildirib ki, Məhərrəm ayında insanlar İmam Hüseynə hörmət əlaməti olaraq əsrlərlə formalaşmış ənənəyə uyğun olaraq, toy və şadlıq etməkdən çəkinirlər: 

"Məhərrəmlik ayında məscidlərdə belə dini ayinlərin icra olunması gözlənilmir. Məhərrəm ayında toy qadağasının götürülməsi haqda dəqiq məlumat yoxdur. Hər bir halda Məhərrəm ayında insanlar İmam Hüseynə hörmət əlaməti olaraq əsrlərlə formalaşmış ənənə olaraq, toy və şadlıq etməkdən çəkinirlər.