Paris marafonu koronavirusa görə ləğv olunub


Dünya 12 Avq 2020 20:55:00 138 0

Paris marafonu koronavirusa görə ləğv olunub

Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildə ənənəvi Paris marafonu baş tutmayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə yarışın təşkilatçıları bildirib.

Paris marafonu noyabr ayında keçirilməli idi. Amma bəzi ölkələrdən Fransaya gəlməyin mümkün olmaması ilə əlaqədar və epidemiolojui vəziyyət nəzərə alınmaqla marafonun ləğv olunması qərara alınıb.

Paris marafonu 1976-cı ildən etibarən keçirilir.