ÜSTdən Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqlar haqda


Dünya 12 Avq 2020 19:14:00 121 0

ÜSTdən Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqlar haqda

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyada qeydiyyatdan keçmiş COVID-19-a qarşı peyvəndlə bağlı açıqlama verib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Son.az verilən məlumata görə, qurum COVID-19-a qarşı peyvəndin Rusiya Federasiyasının yerli dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməsi haqda məlumatlıdır.

Təşkilat Rusiyadakı tədqiqatçılar və səlahiyyətli şəxslərlə təmasdadır və aparılan sınaqların təfərrüatını nəzərdən keçirməyə hazırlaşır:

"Bu, COVID-19-a qarşı ilk qeydiyyatdan keçmiş peyvənddir, digər ölkələr namizəd peyvəndlər üzərində kliniki sınaqlar aparmağa davam edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı peyvəndin tədqiqatına və inkişafına dair bütün irəliləyişləri alqışlayır. Təşkilat 2020-ci ilin yanvar ayından etibarən qlobal səviyyədə aparılan elmi-tədqiqat işlərinə rəhbərlikdə və prosesi sürətləndirmədə aktiv iştirak edir.