Nazir: Türkiyədə "İldırım5" antiterror əməliyyatı keçirilir


Dünya 12 Avq 2020 18:49:00 142 0

Nazir: Türkiyədə "İldırım5" antiterror əməliyyatı keçirilir

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Amanos dağ silsiləsində "İldırım-5" adlı növbəti antiterror əməliyyatına başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib. Nazir bildirib ki, "İldırım-5" əməliyyatına 1448 nəfərlik heyət qatılıb.

Qeyd edək ki, Kahramanmaraş vilayətində yerləşən Sır su anbarından başlayan Amanos (Nur) dağ silsiləsi Hatay vilayətinə doğru 175 kilometrlik ərazini əhatə edir. Bu bölgə də PKK terrorçularının gizləndikləri ərazilərdən hesab olunur.