"Şəhidlərimizin qırxı çıxmamış doğum günü qeyd etmək mənə yaraşmaz"


Şou-biznes 12 Avq 2020 18:34:00 157 0

"Şəhidlərimizin qırxı çıxmamış doğum günü qeyd etmək mənə yaraşmaz"

Bu gün tanınmış aktrisa Mehriban Xanlarovanın doğum günüdür.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktrisa bununla bağlı ''İnstagram'' hesabında paylaşım edərək doğum gününü qeyd etməyəcəyini bildirib.

''Bildiyiniz kimi, 12 avqust mənim doğum günümdür. Özəl günlərimdə hər zaman sizlərdən, ailəmdən, xalqımdan diqqət, qayğı və sevgi görmüşəm. Lakin bu il doğum günümü qeyd etməyəcəm. Səbəbi isə mənfur düşmənlərimiz tərəfindən yaşanan xoşagəlməz hadisələrdir. Şəhidlərimizin, generalımın qırxı çıxmamış, şəhid analarının gözü yaşlı ikən doğum günü qeyd etmək mənə yaraşmaz. Bu səbəbdən təbriklərinizi qəbul etməyəcəm. Göstərdiyiniz anlayış üçün ilk öncədən təşəkkürümü bildirirəm'',- deyə, o qeyd edib.