Son gündə Özbəkistanda koronavirusdan 14 nəfər ölüb


Dünya 12 Avq 2020 18:39:00 112 0

Son gündə Özbəkistanda koronavirusdan 14 nəfər ölüb

Son vaxtlar Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların və ölənlərin sayı artır. Son 24 saat ərzində isə virusa 679 nəfər yoluxub, koronavirus xəstələrinin ümumi sayı 32 min 215 nəfərə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son sutkada virusdan 14 nəfər vəfat edib və ölənlərin sayı 208 nəfərə çatıb.

Xəstəxanalarda 7 min 917 nəfərin olduğu bildirilir, onların 308-nin vəziyyəti ağır, 428-nin isə kritikdir.

Xatırladırıq ki, avqustun 15-dək ölkədə karantin rejimi qüvvədədir.