Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı


Digərləri 12 Avq 2020 16:50:00 157 0

Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı

Koreya peşə təhsili standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və "Active Group" MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki,  "Active Group" MMC şirkəti dünya avtomobil ehtiyat hissələri bazarında qabaqcıl sayılan "BOSCH", "TOTAL", "DELPHI", "SCHAEFFLER GROUP" və s. distribyutor şirkətlərin beynəlxalq qrupu olan "Nexus Automotive İnternational"ın rəsmi üzvüdür.

Memoranduma əsasən, birgə fəaliyyət dövründə peşəkarlıq səviyyəsinin artırılması, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və eləcə də, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində işlərin görülməsi prioritet vəzifələrdən hesab olunur.

Əməkdaşlıq çərçivəsində mərkəzdə avtomobil sahəsində təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə "Active Group" şirkəti tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.