Biləsuvarda 35 nəfər cərimə edildi


Digərləri 12 Avq 2020 16:03:00 158 0

Biləsuvarda 35 nəfər cərimə edildi

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Biləsuvar rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiləcək.

Mİlli.Az