Minik avtomobili traktora çırpıldı:


Digərləri 12 Avq 2020 16:08:00 161 0

Minik avtomobili traktora çırpıldı:

Avqustun 11-də saat 17 radələrində Kürdəmir rayonunun Sovla kəndi ərazisində Zərdab rayon sakini E.Əzizov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanmış kənd sakini Oruc Qurbanova məxsus "T-28" markalı traktora vurub.

Son.az APA-ya istinadən bildirir ki, nəticədə E.Əzizovun sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilmib.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.