Danimarka Livana böyük məbləğdə maliyyə yardımı göstərəcək


Dünya 12 Avq 2020 15:57:00 148 0

Danimarka Livana böyük məbləğdə maliyyə yardımı göstərəcək

Danimarka hökuməti keçən həftə Beyrutda baş vermiş dağıdıcı partlayışdan zərər çəkmiş Livana böyük məbləğdə əlavə maliyyə yardımı göstərməyi qərara alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Beyrutda faciəvi partlayışın ertəsi günü Livana yardım göstərmiş Danimarka hökuməti bu ölkəyə 150 milyon Danimarka kronu (təqribən 23,737 milyon ABŞ dolları) məbləğində əlavə maliyyə yardımı ayırmağa hazır olduğunu bildirib.

Danimarkanın Xarici İşlər naziri Yeppe Kofod bu münasibətlə xüsusi müraciətində deyib: "Beyrutda baş vermiş fəlakətli partlayış bütün dünyada əks-səda verib. İndi dünya birliyi Livanda sabitliyin daha da pozulmasının qarşısını almaq üçün bu ölkəyə kömək göstərilməsi barədə çağırışa cavab verməlidir".

Kofod daha sonra bildirib ki, rəsmi Kopenhagen Livanda siyasi və iqtisadi islahatlar keçirilməsi barədə bu ölkənin hakimiyyət orqanlarından xəbər gözləyir.