Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub FOTO


Siyasət 12 Avq 2020 15:18:00 163 0

Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub  FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd "London taksi"si vətəndaşlar üçün xidmətə hazırdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

Dövlətimizin başçısına yeni taksilərin xüsusiyyətləri barədə məlumat verildi.

Bildirildi ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub.

Xəbər yenilənəcək

Son.az