"Azərbaycan polisinə qarşı aparılan qarayaxmalar "5ci kalon" tərəfindən idarə olunur"


Digərləri 12 Avq 2020 15:17:00 203 0

"Azərbaycan polisinə qarşı aparılan qarayaxmalar "5ci kalon" tərəfindən idarə olunur"

"Azərbaycan polisinə qarşı aparılan qarayaxmalar "5-ci kalon" tərəfindən idarə olunur".

Bu sözləri İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev Son.az-a açıqlamasında bildirib. Onun dediyinə görə, bu günlərdə sosial şəbəkələr vasitəsi ilə Azərbaycan polisinə qarşı düşünülmüş və idarə olunan formada çirkab oyunlar aparılır:

"Hesab edirəm ki, bu oyunların və qarayaxmaların arxasında Azərbaycanda təxribatlar törətməyə cəhd edən "5-ci kalon" təmsilçiləri dayanır. Məqsəd birdir, xalqın etimadını qazanan, ölkə Prezidentinə sədaqətlə xidmət edən, dövlətçiliyin qorunmasında müstəsna xidmətləri olan Azərbaycan polisinə ləkə vurmaq, onların bütün dövrlərdə, xüsusən də pandemiya dövründə apardıqları şərəfli xidmətlərinə kölgə salmağa cəhd etməkdir. "5-ci kalon" və onun nümayəndələri xarici ölkələrdə baş verən polis zorakılığını özündə əks etdirən foto və videogörüntüləri sosial şəbəkələrdə paylaşaraq Azərbaycanda baş vermiş hadisə kimi təqdim etməklə vətəndaşlarımızda polis əməkdaşlarına qarşı nifrət hissi yaratmağa çalışırlar. Çünki Azərbaycan polisi erməni lobbisinə xidmət edən bu cür vətən xainlərinə imkan vermir ki, onlara maliyyə ayıran düşmən ölkənin lobbisinin planları və arzuları həyata keçərək ölkəmizdə təxribat olsun, dövlətimiz "5-ci kalon"nun əlinə keçsin".

Ramiz Alıyev xatırladıb ki, COVİD-19 pandemiyası başlanıldığı ilk gündən dünyanın bütün ölkələrində polis-vətəndaş qarşıdurmaları baş verirdi və hətta bu, adi hala çevrilmişdi: