Sərnişindaşımanın bərpası nə vaxt mümkündür?


Digərləri 12 Avq 2020 14:43:00 140 0

Sərnişindaşımanın bərpası nə vaxt mümkündür?

Şəhərlərarası və rayonlararası sərnişindaşımanın bərpası yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra bəlli olacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, ölkə üzrə avtovağzallara artıq təlimatlar verilib və sərnişindaşıma ilə bağlı qərar verildiyi gündən tam gücü ilə işə başlaya biləcəklər:

"Hazırda bununla bağlı nəsə demək tezdir, belə ki, bir qurum olaraq Operativ Qərargahın tapşırığını gözləyirik. Ona görə bu barədə ilk açıqlama yalnız Operativ Qərargah tərəfindən olacaq. Mən də öz növbəmdə media qurumlarından xahiş edirəm ki, bu məsələ ilə bağlı digər qurumlardan sorğu almasınlar, hər hansısa xəbər insanlarda çaşqınlıq yarada bilər. Avtobusların bölgələrə işləməsi ilə bağlı sorğu yalnız Nazirlər Kabinetinə ünvanlanmalıdır".