Əfqanıstanda 6 polis öldürüldü


Dünya 12 Avq 2020 14:40:00 130 0

Əfqanıstanda 6 polis öldürüldü

Əfqanıstanda "Taliban"ın hücumu nəticəsində polis əməkdaşları öldürülüb.

APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, Əfqanıstanın şərqində Nanqarxar vilayətində "Taliban" döyüşçüləri nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Hücum nəticəsində ən azı 6 polis əməkdaşı öldürülüb. 

Hücum zamanı "Taliban" da itkilər verib. Belə ki, toqquşma zamanı 3 döyüşçü öldürülüb, 2 nəfər isə yaralanıb.