Səudiyyə Ərəbistanında benzinin qiyməti qalxdı


Dünya 12 Avq 2020 13:56:00 156 0

Səudiyyə Ərəbistanında benzinin qiyməti qalxdı

"Saudi Aramco" şirkəti Səudiyyə Ərəbistanında benzinin qiymətini artırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.

Şirkət bu gündən "91" markalı benzinin qiymətini 1,29 Səudiyyə rialından (SRI) 1,43-ə, "95" markalı "Premium" yanacağı isə 1,44 SRI-dən 1,60-a qaldırıb.

Agentliyin xəbərində qeyd olunur ki, cari ilin fevralından Krallıqda benzinin qiymətləri on gündən bir yenilənir. Şirkət Səudiyyə Ərəbistanında yanacağın qiymətlərini dünya bazarlarına uyğun olaraq tənzimləyir.