Rusiyanın Səhiyyə naziri: “Peyvəndin istehsalı, ilk növbədə, daxili bazara istiqamətlənəcək”


Dünya 12 Avq 2020 12:50:00 118 0

Rusiyanın Səhiyyə naziri: “Peyvəndin istehsalı, ilk növbədə, daxili bazara istiqamətlənəcək”

Koronavirusa qarşı peyvənd istehsalı ilk növbədə daxili bazara istiqamətlənəcək.

Son.az APA-ya istinadən bildirir ki, bunu bu gün Rusiyanın Səhiyyə naziri Mixail Muraşko keçirdiyi brifinqdə deyib.

O, ilk növbədə, Rusiya vətəndaşlarının tələbatının ödənilməsinin vacib olduğunu bildirib.

Rusiyalı nazir peyvəndin xaricə ixrac olunması potensialının olduğunu da vurğulayıb.

M. Muraşko peyvəndin ilk partiyasının iki həftə ərzində buraxılacağını da qeyd edib.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünayda ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.