Gürcüstanda 14 yoluxma qeydə alınıb


Dünya 12 Avq 2020 11:50:00 114 0

Gürcüstanda 14 yoluxma qeydə alınıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma halı qeydə alınıb.

Son.az APA-a istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 278 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 708 nəfər karantində saxlanılır.

Xəstəlikdən sağalanların sayı 1 258 nəfərdir.