Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir


Digərləri 12 Avq 2020 10:40:00 158 0

Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir

Gün ərzində 74 Azərbaycan vətəndaşının Gürcüstandan təxliyə edilməsi planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, təxliyə olunacaq şəxslər artıq COVID-19 testi veriblər. Testi neqativ çıxan şəxslər ayrılmış xüsusi avtobuslarla "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinə gətiriləcəklər.

Qeyd edək ki, qaydalara əsasən ölkəyə gələn vətəndaşlardan koronavirus testi neqativ çıxanlar karantində saxlanılmır.