“Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı FOTO


Kriminal 12 Avq 2020 10:16:00 151 0

“Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı  FOTO

Şəmkir rayonunda "Canavar" ləqəbli narkotacir və alıcıları saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə, rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı,  Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanov narkotik vasitələrin qanunsuz satışında və saxlamaqda şübhəli bilindikləri üçün Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T. Ələsovdan  1.296 qram, Ş. Aslanovdan 0.253 qram, Vüqar Zamanovdan isə 0.289 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni, "Canavar" ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.

Bundan başqa qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13.533 qram narkotik vasitə olan həşiş və 0.676 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən rayonun sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kənd ərazisindəki həyatyanı sahəsinə keçirilən baxış zamanı oradan 5 ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.