Qızılın qiyməti düşüb


Digərləri 12 Avq 2020 09:16:00 143 0

Qızılın qiyməti düşüb

"Comex" birjasında (Nyu-York ticarət birjasının bölməsi) qızılın troy unsiyasının qiyməti 2,39 faiz ucuzlaşıb.

Son.az Trend-ə istinadən bildirir ki, saat 05:45 üçün "Comex" birjasında qızılın troy unsiyasının qiyməti 1 899 dollara düşüb.

Qeyd edək ki, son dəfə qızılın bir troy unsiyasının qiyməti iyulun 26-sı 1 900 dollar səviyyəsindən aşağı olub.