Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb


Dünya 12 Avq 2020 09:10:00 162 0

Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb

İraqın paytaxtı Bağdadın "yaşıl zona" adlanan ərazisi raket hücumuna məruz qalıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, raket dövlət qurumlarının və xarici diplomatik missiyalarının, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi ərazinin yaxınlığına düşüb.

İnsident nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, "yaşıl zona" Bağdadda dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi əraziyə deyilir.