Bu ölkədə koronavirus 102 gün sonra yenidən baş qaldırdı Bir ailə...


Dünya 12 Avq 2020 07:55:00 160 0

Bu ölkədə koronavirus 102 gün sonra yenidən baş qaldırdı  Bir ailə...

Yeni Zelandiyada 102 gün sonra yenidən koronavirusa yoluxma aşkarlanıb.

Son.az xəbər verir ki, bu barədə Baş nazir Yasinda Ardern bildirib.

Ölkənin ən qələbəlik şəhərlərindən biri olan Auklənddə yaşayan bir ailənin 4 üzvündə koronavirus aşkar edildiyini bildirən baş nazir həmin şəxslərin son zamanlarda xarici səyahətə çıxmadığını deyib.

Baş nazir şəhər miqyasında 3 günlük üçüncü dərəcəli fövqəladə vəziyyət elan edib. Bu da restoran və barların, ikinci dərəcəli mağazaların fəaliyyətinin dayandırılması deməkdir. Xalqa lazım olmadıqca küçəyə çıxmamaq və 10 nəfərdən artıq toplaşmamaq tapşırılıb.