Nazir siqaret çəkdiyinə görə cərimələndi FOTO


Digərləri 12 Avq 2020 07:28:00 141 0

Nazir siqaret çəkdiyinə görə cərimələndi  FOTO

Malayziyanın Xarici işlər naziri Xişamuddin Hüseyn parlamentin iclasında siqaret çəkdiiynə görə cərimələnib.

Son.az xəbər verir ki, nazir parlamentin aşağı qanunverici orqanında çıxış edərkən, siqaret çəkib. "Mən səhvə yol verdim və buna görə deputatlardan üzr istədim. Siqaret çəkdiyimə görə cərimələndim və cəriməni də ödədim"- nazir bildirib.

Nazirin parlamentdə siqaret çəkməsi jurnalistlərin kamerasına düşüb.

Malayziya qanunvericiliyinə görə,  ictimai yerlərdə siqaret çəkməyə görə 59,5 dollar cərimə ödəməlisən. Cərimə ödəməkdən imtina edildikdə isə cərimənin həcmi 2,3 min dollaradək  artırılır və yaxud da  qaydanı pozan şəxsi iki ilədək həbs cəzası gözləyir. (ölkə.az)