Koronavirusla ən yaxşı mübarizə aparan ÖLKƏLƏR AÇIQLANDI


Dünya 12 Avq 2020 02:02:00 144 0

Koronavirusla ən yaxşı mübarizə aparan ÖLKƏLƏR AÇIQLANDI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla ən yaxşı mübarizə aparan ölkələrin adını açıqlayıb.

Son.az xəbər verir ki, dünyanın çətin dövrdən keçdiyini bildirən ÜST-ün baş dierektoru Tedros Adhanom Qebreyesus Yeni Zelandiya, Ruanda, Karib dənizi və Sakit okeandakı bir sıra ada dövlətlərinin virusun yayılmasını erkən mərhələdə dayandırmağı bacardığını deyib. O, adıçəkilən ölkələrin koronavirus infeksiyası ilə mübarizədə nümunəvi olduğunu qeyd edib.

"Yeni Zelandiya koronavirusla necə mübarizə aparmağın qlobal nümunəsidir", - o, çıxışında vurğulayıb.

ÜST rəhbəri bütün dünya liderlərini hərəkətə keçməyə və vətəndaşları yeni məhdudlaşdırıcı tədbirlərə əməl etməyə çağırıb. (publika.az)