Beyrutda baş vermiş partlayışda ölənlərin sayı artıb


Dünya 11 Avq 2020 23:19:00 148 0

Beyrutda baş vermiş partlayışda ölənlərin sayı artıb

Livanın paytaxtı Beyrutun limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, partlayışda ölənlərin sayı 171 nəfərə çatıb. Daha əvvəl 158 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, 6 mindən çox insan xəsarət alıb, 300 min nəfər isə evsiz qalıb.

Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.