Tvitter hökumətyönlü media və jurnalistləri qeyd etməyə başladı


Digərləri 11 Avq 2020 21:55:00 143 0

Tvitter hökumətyönlü media və jurnalistləri qeyd etməyə başladı

Tvitter sosial şəbəkəsi hakimiyyətlə bağlı olan media və jurnalistlərin hesablarını qeyd etməyə başlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, yeni qayda, Çin, ABŞ, Böyük Britaniya, Rusiya və Fransadan olan hesablara aiddir.

"Bu yenilik, insanların geosiyasi məsələlərin müzakirə olunduğu profili görməsi və onun dövlət mənşəyini anlaması üçün mühüm addımdır. Hesabların qeyd olunması profilin hansı dövlətin maraqlarının təqdim etdiyini başa düşməyə kömək edəcək", - deyə Tvitter bloqunda deyilir.

Qeyd edək ki, Rusiya dövlət KİV-ləri, o cümlədən "TASS" və "Russia Today" artıq öz Tvitter nişanını alıb.