TikTokdan Trumpa cavab: "Hər yola baş vuracağıq"


Digərləri 11 Avq 2020 21:45:00 141 0

TikTokdan Trumpa cavab: "Hər yola baş vuracağıq"

TikTok ABŞ Prezidenti Donald Trump-ın Amerika şirkətlərinə Çin internet şirkətləri ilə 45 gün müddətinə əlaqəni kəsmək tapşırığına cavab verib.

Son.az ted.az-a istinadən bildirir ki, TikTok rəsmiləri Trump-ın bu hərəkətini gözlənilməz addım kimi qiymətləndirib. Bildirilib ki, şirkət hüquqlarının ayaqlar altına alınmaması üçün hər yola baş vuracaq.

ABŞ Prezidenti isə TikTok-la kifayətlənməyərək WeChat ilə də əlaqəni kəsmək tapşırığı verib. Tətbiqin sahibi Tencent şirkəti isə Trump-ın rəsmi qərarlarının təhlil olunduğunu, adekvat addım atılacağını bildirib.