Microsoft 2030cu ilə qədər "sıfır tullantı"lı şirkətə çevrilməyi planlaşdırır


Digərləri 11 Avq 2020 21:15:00 109 0

Microsoft 2030cu ilə qədər "sıfır tullantı"lı şirkətə çevrilməyi  planlaşdırır

2020-ci ilin əvvəlində növbəti 10 il ərzində karbonsuz şirkət olma hədəfini açıqlayan Microsoft 2030-cu ilə qədər sıfır tullantılı əməliyyat sisteminə keçməyi hədəflədiyini açıqladı.

Son.az ted.az-a istinadən bildirir ki, sıfır tullantıların əmələ gəlməsi üçün Microsoft Dairəvi Mərkəzləri yaratmağa hazırlaşan şirkət, serverlərini və aparatlarını təkrar istifadə etməyi planlaşdırır.

Sıfır tullantıların hədəfi Microsoft-un ilin əvvəlində elan etdiyi ekoloji davamlılıq təşəbbüsünün üçüncü hissəsidir. Şirkət dörd əsas başlıq altında "karbon-su-ekosistem - tullantılar" kimi müzakirə olunan ekoloji dayanıqlılığa dair iddialı hədəflər qoyduğu kimi iş ortaqlarını, işçilərini və müştərilərini eyni hədəfə çatmaq üçün texnologiyası ilə dəstəkləyir.