EMUI 11 yenilənməsi bu tarixdə istifadəyə veriləcək


Digərləri 11 Avq 2020 21:01:00 125 0

EMUI 11 yenilənməsi bu tarixdə istifadəyə veriləcək

Önümüzdəki ay təqdim edilməsi gözlənilən EMUI 11 yenilənməsi beta versiyada yayımlanacaq.

Son.az ted.az-a istinadən bildirir ki, mütəxəssislər sözügedən yenilənmənin dizaynında Android 11-dən bəhrələniblər. Huawei Developer Conference-də HMS Core 5.0 və HarmanyOS 2.0 da tanıdılacaq. Öncə isə EMUI 11-in təqdimatından başlanacaq.

Sözügedən yenilənmədə data qoruma sistemi, batareya yaxşılaşdırma mexanizmi, bildiriş optimasiyası yer alacaq.

Yenilənmənin beta versiyasının sentyabrın sonu, oktyabrın əvvəlində istifadəçilərə veriləcəyi qeyd edilib.