Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq


Dünya 11 Avq 2020 19:56:00 143 0

Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq

Malayziya hökuməti müəyyən istiqamətlər üzrə "yaşıl dəhliz" prinsippi ilə turistlər üçün sərhədləri açmaq niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Turizm, incəsənət və mədəniyyət naziri Nenesi Şukri deyib.

O bildirib ki, bununla belə, Malayziya əcnəbi turistləri kütləvi şəkildə qəbul etməyə hələlik hazır deyil.

Nazirin sözlərinə görə, epidemiloji vəziyyətdən asılı olaraq bir ölkə ilə sərhədin tam açılması baş verməyə bilər:

"Məsələn, Melburn şəhərində ikinci dalğa yaşandığı üçün Avstraliya koronavirusdan tam azad olmuş ölkə hesab edilə bilməz. Amma digər tərəfdən, Pert şəhərindən turistlərin qəbulu məsələsini müzakirə etməyə hazırıq".