Qazaxıstanda koronavirusa qarşı peyvənd istehsal olunacaq


Digərləri 11 Avq 2020 20:20:00 147 0

Qazaxıstanda koronavirusa qarşı peyvənd istehsal olunacaq

Qazaxıstanın Jambıl vilayəti Korday rayonunda inşa olunan əczaçılıq müəssisəsində koronavirusa qarşı peyvənd dərmanı da istehsal olunacaq.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu barədə vilayət hakimliyinin mətbuat xidmətindən bildirilir.

İnşaat işlərinə bu ilin iyun ayından başlanmış əzcaçılıq müəssisəsini ilin sonunadək istifadəyə vermək hədəflənir. Bu barədə vilayət hakimi (icra başçısı) Berdibek Səpərbayev bildirib.

Qeyd edək ki, yeni müəssisədə həmçinin qrip, vərəm, quduzluq və bir çox başqa yoluxucu xəstəliklərə qarşı peyvən dərmanları da istehsal olunacaq.