Qəbilələr arasında münaqişə: 13 nəfər həlak olub


Dünya 11 Avq 2020 19:04:00 154 0

Qəbilələr arasında münaqişə: 13 nəfər həlak olub

Nigeriyanın şərqindəki Benue ştatında qəbilələr arasında münaqişə zəminində 13 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, münaqişə Ukpoqo-Edikvu icmasında başçının seçilməsi zamanı baş verib.

Qeyd olunur ki, bir klana məxsus silahlı şəxslər digər klanın ərazilərinə daxil olaraq 13 nəfəri qətlə yetirib.

Həmin icmada başçı seçimi ilə əlaqədar münaqişə tərəflər arasında 1994-cü ildən etibarən davam edir. Bu günədək tərəfləri barışdırmaq cəhdləri heç bir nəticə verməyib.