"Karantində şirniyyatla stres atıram"


Şou-biznes 11 Avq 2020 18:39:00 153 0

"Karantində şirniyyatla stres atıram"

"Çoxdan yemək, şirniyyat bişirmək qabiliyyətim var idi. Amma işimin çoxluğundan büruzə vermirdim. Pandemiya ərəfəsində boşluq oldu, başladım aşpazlığa".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Sanəliyeva "Üçümüz" proqramında deyib. Sənətçi əsəbi olanda yemək hazırlamaqla özünü sakitləşdirdiyini deyib:

"Mənim üçün müalicəvi üsuldur. Bununla özümü sakitləşdirirəm. 13 yaşından işləyən insanam, oturmağa öyrəşməmişəm. O qədər çox sevirəm ki, şirniyyat etməyi".