Azərbaycan nefti bahalaşır


Digərləri 11 Avq 2020 17:39:00 172 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 10-da 45,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 45,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel çoxdur.