İranda koronavirusdan ölənlərin sayı 18 800 nəfərə çatıb


Dünya 11 Avq 2020 17:05:00 128 0

İranda koronavirusdan ölənlərin sayı 18 800 nəfərə çatıb

İranda ötən sutka ərzində 184 nəfər koronavirusdan (COVID-19) ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 18 800 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda 2 345 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 331 189 nəfərə çatıb. Virus daşıyıcılarından 3 983 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi İranda indiyədək 288 620 nəfərin koronavirusdan sağaldığını deyib.