Türkiyə hökuməti: "Erməni lobbisi Yerevanda çirkli pulların yuyulması ilə məşğuldur"


Dünya 11 Avq 2020 16:31:00 118 0

Türkiyə hökuməti: "Erməni lobbisi Yerevanda çirkli pulların yuyulması ilə məşğuldur"

Erməni lobbisi Yerevanda çirkli pulların yuyulması ilə məşğuldur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, ABŞ və Avropa ölkələrindəki erməni lobbisi "humanitar yardım" adı ilə hər ay Yerevana guya tarixi abidələrin bərpası və Ermənistan iqtisadiyyatının bərpası üçün milyonlarla dollar vəsait yollayır:

"Erməni lobbisinin çirkli pulları ilə Yerevanın mərkəzində binalar tikilir, pulların böyük əksəriyyəti isə silahlanmaya, eləcə də Ermənistan ordusunun və Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin silahlı birləşmələrinin təliminə yönəlir".

O da qeyd olunub ki, Cənubi Qafqazda sabitliyin pozulması ilk növbədə erməni lobbisinin marağındadır, çünki bu cür vəziyyət onlara regionda çirkli pulları yumağa imkan verir:

"Ermənistan hakimiyyəti erməni lobbisinin girovudur. Məhz bunun "sayəsində" Ermənistan özünü bütün regional layihələrdən təcrid edib".

Hökumətdən bildiriblər ki, erməni lobbisinin maraqlarından çıxış etməklə, Ermənistan hakimiyyəti faktiki olaraq ölkə əhalisini məhv edib.