Mədəniyyət Nazirliyində İşçi qrup yaradıldı


Kriminal 11 Avq 2020 16:42:00 146 0

Mədəniyyət Nazirliyində İşçi qrup yaradıldı

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə yerli və xarici ekspertlərdən ibarət İşçi qrup yaradılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, son illər ərzində həm müxtəlif ölkələrin təcrübəsi, həm də UNESKO və digər beynəlxalq təşkilatların araşdırmaları göstərir ki, mədəniyyət cəmiyyətin sosial, iqtisadi inkişafında və dayanıqlılığının təmin olunmasında müstəsna rol oynayır.

Bununla əlaqədar mədəniyyət sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və yerli sahəvi inkişaf proseslərinin təhlil edilməsini əsas götürərək bu prosesdə ən müasir idarəetmə yanaşmaları və texnologiyalarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər üzrə kompleks islahatların həyata keçirilməsi zərurəti yaranmışdır.

Qeyd olunanların mədəniyyət sahəsində gələcək fəaliyyətin daha effektiv planlaşdırılması və həyata keçirilməsi üçün vacib rolu nəzərə alınaraq İşçi qrup yaradılıb.